Azərbaycan yeni müşahidə sistemləri alıb - FOTO

Azərbaycan yeni müşahidə sistemləri alıb -  FOTO
  10 Yanvar 2019    Oxunub:5282
Azərbaycanın Dövlət Sərhəd Xidməti yeni gecə-gündüz görmə müşahidə sistemi alıb.
Azvision.az xəbər verir ki, “Safran Group”un tərkibinə daxil olan “Vectronix” şirkətinə aid “GonioLight V-TI” sistemi sifarişçinin istəyinə uyğun olaraq modifikasiya olunur. Belə ki, cihaz uzaqməsafəli lazer və gecəgörmə qurğusu ilə təchiz olunur.



Qurğu hədəflərin aşkarlanması, tanınması və yerinin dəqiq müəyyənləşdirilməsi üçün istifadə edilən ən müasir sistemdir. Ümumi çəkisi 4,4 kq olan “GonioLight V-TI” 10 km məsafədə hədəfin dəqiqliklə yerini təyin edir, gündüz və ya gecə hava şəraitindən asılı olmayaraq fəaliyyət göstərir. Cihaza avadanlıqlar əlavə edildikdə ağırlığı 7 kq-a çatır. “VECTOR” durbinləri və “Sagem” şirkətinin “MATIS HH” termal kamerası ilə təchiz olunur.



“GonioLight” sistemlərinin istehsalına 2000-ci illərin əvvəlində başlanıb. Sistem, həmçinin İraq v Əfqanıstanda keçirilən hərbi əməliyyatlarda geniş istifadə olunub.

İlkin Nəcəfzadə
Azvision.az




Teqlər: DSX   Silah  





Xəbər lenti