Almaniyada etirazlar davam edir - 643 reys təxirə salınıb

Almaniyada etirazlar davam edir -   643 reys təxirə salınıb
  10 Yanvar 2019    Oxunub:2488
Almaniyanın Düsseldorf, Köln və Ştutqart kimi iri şəhərlərindəki hava limanlarının təhlükəsizlik xidməti əməkdaşlarının etiraz olaraq keçirdiyi tətil nəticəsində 643 təyyarə reysi təxirə salınıb.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, hava limanlarının təhlükəsizliyini qoruyan əməkdaşlar gördükləri ağır və riskli iş müqabilində az məvacib aldıqlarını və bu səbəbdən əmək haqqlarının artırılmasını tələb edirlər.
Onların etiraz aksiyaları nəticəsində reyslərin təxirə salınması gündəlik 115 min sərnişinin uçuş planlarına ciddi təsir edib.

Etirazçılar bildiriblər ki, maaşların artırılması üzrə aparılan danışıqlarda hava limanı rəhbərliklərinə təzyiq göstərmək üçün tətil elan ediblər.

İctimai sektorda çalışan işçilərin “Verdi” Həmkarlar İttifaqının sədri Frank Bsirsk bəyan edib ki, Almaniyadakı 23 min təhlükəszilik xidməti işçilərinin adından danışıqlar aparır. Onun sözlərinə görə, yanvarın 23-də əmək haqqlarının artırımasına dair yeni danışıqlara başlayacaqlar.

Hazırda Almaniya hava limanlarının təhlükəsizlik xidməti əməkdaşları gördükləri bir saat iş müqabilində 15-17 avro əmək haqqı alırlar. “Verdi” Həmkarlar İttifaqı isə bir saatlıq işə görə verilən məvacibin 20 avroyadək artırlmasını tələb edir.

Leyla Elbrusqızı
Azvision.az





Teqlər: Almaniya  





Xəbər lenti