ABŞ təzyiq edərsə, “Patriot”u almayacağıq - Türkiyə XİN

 ABŞ təzyiq edərsə, “Patriot”u almayacağıq -  Türkiyə XİN
  10 Yanvar 2019    Oxunub:2581
"Əgər şərtlər düzgün və qaneedici olarsa, Türkiyə ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemlərini ala bilər".

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “NTV” telekanalına müsahibəsində deyib.
XİN rəhbəri bildirib ki, əgər Vaşinqton təzyiqlər vasitəsilə Ankaranı Rusiyadan “S-400” zenit-raket komplekslərini almamağa məcbur edərsə, onda “Patriot”larla bağlı ABŞ-la müqavilə imzalanması mümkün olmayacaq.

““Patriot” məsələsində ABŞ-la razılığa gələ bilərik, amma əgər “S-400” mövzusunda şərtlər irəli sürülsə, bu razılaşma alınmayacaq. Zatən “S-400”lə bağlı saziş artıq bitmiş anlaşmadır və verdiyimiz sözü heç bir zaman unutmarıq”, - deyə Çavuşoğlu vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Rusiya   ABŞ  





Xəbər lenti