Dünyanın ən bahalı brendləri - FOTOLAR

Dünyanın ən bahalı brendləri - FOTOLAR
  08 Noyabr 2013    Oxunub:1528
“Forbes” jurnalı “Apple” brendinin marka dəyərini yüz milyard dollardan çox olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, hazırda Tim Kukun rəhbərlik etdiyi “Apple” şirkəti siyahıya rəhbərlik edir.



“Microsoft” şirkətinin marka dəyərini isə mütəxəssislər iki dəfə az, təxminən 57 milyard dollar hesablayıb.



3-cü yerdə isə “Coca-Cola” şirkəti dayanır, hansı ki, onun da dəyəri 55 milyard dollardır.



“Apple” və “Microsoft” ilə yanaşı yüksək texnologiyalar sahəsində daha 4 şirkət ilk onluğa daxil olub. Xüsusilə də 4-cü yerdə IBM şirkəti gəlir ki, onun marka dəyəri 51 milyard dollarla qiymətləndirilir.



5-ci yeri isə “Google” 47 milyard dollarla tutur.



8-ci yerdə “Intel” (31 milyard dollar), 9-cu yerdə isə “Samsung” şirkətidir (30 milyard dollar).



Onluğa həmçinin “Fast-food” restoranlar şəbəsindən “McDonalds” (6-cı yer, 40 milyard dollar),



çoxsahəli “General Electronic” (7-ci yer, 43 milyard dollar)



və moda evi “Louis Vuitton” (10-cu yer, 28 milyard) daxildir.



Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti