Fondda kütləvi kadr dəyişiklikləri

Fondda kütləvi kadr dəyişiklikləri
  07 Mart 2013    Oxunub:1662
Dövlət Sosial Müdafiə Fondu strukturunda kütləvi kadr dəyişiklikləri edilib.
DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev bildirib ki, 2012-ci ildə Fondun yerli orqanları üzrə 15 şöbə müdirinin və digər inzibati vəzifələr tutan 60 əməkdaşın (Gəlirlər sektoru üzrə-15, Pensiya təyinatı sektoru üzrə-20, Maliyyə-uçot sektoru üzrə-13, Fərdi uçotun təşkili sektoru üzrə-9, hüquq sektoru üzrə-3) müvafiq vəzifələrə rotasiyası həyata keçirilib.(trend)

Babayevin sözlərinə görə, 2013-cü ilin ötən dövrü ərzində isə Dövlət Sosial Müdafiə Fondunun 10 rayon şöbəsi müdirinin, 1 departament direktorunun və digər inzibati vəzifələr tutan 13 əməkdaşının (Pensiya təyinatı sektoru üzrə) rotasiyası tətbiq edilib.

Belə ki, Fond üzrə müvafiq əmrə əsasən, DSMF Aparatının Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri, Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru, Bakı şəhərinin Qaradağ, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai rayon və Abşeron rayon şöbələrinin müdirləri rotasiya qaydasında yeni vəzifələrə təyin olunublar.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən "Dövlət qulluğu haqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən davamlı olaraq həyata keçirilməkdədir.


Teqlər:





Xəbər lenti