“Almaniya ilə kompromis mümkün deyil” - Baş nazir

 “Almaniya ilə kompromis mümkün deyil” -  Baş nazir
  10 Yanvar 2019    Oxunub:1689
Macarıstanın baş naziri Viktor Orban Avropaya axışan miqrantlar məsələsində Almaniya ilə hansısa kompromisə gəlməyin mümkünsüz olduğunu deyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Orban Berlindən edilən davamlı təzyiqlərə rəğmən Macarıstan hökumətinin miqrantları qəbul etməyəcəyini bildirib.

“Alman siyasətçilər macarların immiqrant millətə çevrilməmək qərarına hörmət etmirlər. Xüsusən də, Almaniya mediasının bəzən çox çirkin formalı yazılarından hiss edirəm ki, miqrantları qəbul etməklə bağlı onların yolu ilə getməyimiz üçün bizə təzyiq edirlər. Amma biz bu yolu getmək istəmirik. Bu məsələ il bağlı hansısa kompromisin mümkünlüyünü görmürəm” – Orban bəyan edib.

Leyla ELbrusqızı
Azvision.az



Teqlər: Macarıstan   Miqrant   Almaniya  





Xəbər lenti