ABŞ Konqressinin xarici əlaqələr komitəsinin sədri ermənipərəst olacaq

ABŞ Konqressinin xarici əlaqələr komitəsinin sədri ermənipərəst olacaq
  10 Yanvar 2019    Oxunub:1908
Erməni diaspor təşkilatlarının pulu ilə satın alınaraq Ermənistanın və Qarabağ separatçılarının maraqlarını müdafiə edən konqressmen Eliot Engel ABŞ Konqressinin xarici əlaqələr komitəsinin rəhbəri seçiləcək.
Azvision.az xəbər verir ki, bu barədə Amerika Erməniləri Milli Komitəsinin sədri Raffi Ambaryan bildirib. O, qeyd edib ki, ermənilər Konqressin yeni rəhbəri ilə ABŞ-Ermənistan münasibətlərinin gücləndirilməsi və Dağlıq Qarabağ üzrə təklif olunan “Roys-Engel” planının icrası istiqamətində sıx əməkdaşlıq edəcəklər.

Eliot Engel Konqressdə erməni məsələləri üzrə komitənin üzvüdür. O, həmçinin “Roys-Engel təklifləri” adı ilə tanınan planın həmmüəllifidir. Bu planda ABŞ hökumətindən Ermənistan və Azərbaycan qoşunlarının Dağlıq Qarabağdakı təmas xəttində təhlükəsizliyin bərqərar olması istiqamətində öz fəaliyyətini aktivləşdirməsi tələb edilir.

Bundan əlavə,Engel 2014-cü ildə Ermənistana səfər edən konqressmenlərdən ibarət nümayəndə heyətinin tərkibində olub. O, həmin səfərində Türkiyəni saxta “erməni soyqırımı”nı tanımağa çağırıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   ABŞ   Konqress  





Xəbər lenti