İranın Hollandiyadakı səfirliyi daşa basılıb

İranın Hollandiyadakı səfirliyi daşa basılıb
  10 Yanvar 2019    Oxunub:1505
İranın Hollandiyadakı səfirliyi bir qrup şəxs tərəfindən hücuma məruz qalıb.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, naməlum şəxslər səfirliyin binasını daşa basaraq pəncərələrin şüşələrini sındırıb və binaya daxil olmağa çalışıblar. Lakin Hollandiya polisi hadisə yerinə gələrək aksiya iştirakçılarını binadan kənarlaşdırıb.

İranın Hollandiyadakı səfiri Əlirza Cahangiri bəyanatla çıxış edərək bildirib ki, “Əl-Əhvaz” terror təşkilatının üzvləri səfirliyin binasına hücum edərək maddi zərər vurublar. Səfir Hollandiya hökumətindən səfirliyin binasının və əməkdaşlarının təhlükəsizliyinin təmin olunmasını və cinayətkarların məsuliyyətə cəlb edilməsini istəyib.

Azvision.az


Teqlər: İran   Hollandiya  





Xəbər lenti