ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapılıb

ABŞ-la sərhəddə 21 yandırılmış cəsəd tapılıb
  11 Yanvar 2019    Oxunub:1382
Meksikanın hökumət orqanları ABŞ-ıa sərhəddə yerləşən Tamaulipas ştatında 21 yandırılmış cəsəd aşkar edib.
“Excelsior” qəzetinin yaydığı məlumata əsasən, yandırılmış cəsədlər narkokartellərin münaqişəsinin qurbanlarıdır. Belə ki, hadisə Tamaulipas ştatının Migel Aleman şəhəri yaxınlığında törədilib.

Tamaulipas ştatı narkotrafik sistemində əsas regionlardan biridir. Narkokartellər arasındakı münaqişələr səbəbindən orada tez-tez kütləvi qırğınlar törədilir. Hazırda ştatda üç kartel arasında mübarizə gedir.

Azvision.az



Teqlər: Meksika   ABŞ   Sərhəd  





Xəbər lenti