Rusların yaşadığı kəndin adı dəyişdirildi

Rusların yaşadığı kəndin adı dəyişdirildi
  08 Noyabr 2013    Oxunub:1025
Bu gün Regional məsələlər komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasın gündəliyi barədə danışan komitə sədri Arif Rəhimzadə bildirib ki, bu gün "Xaçmaz rayonunun Xaraxoba kəndinin Palıdlı kəndi adlandırılması haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.

Komitə sədri adı dəyişdirilən kənd haqqında danışarkən deyib ki, həmin ərazi Samur çayının sahilində yerləşir və ətrafı palıd meşəliyi ilə əhatə olunub:

"Bu səbəbdən də orada yaşayan sakinlər Xaraxoba sözünün mənasını bilmədiklərindən bu kəndin adının dəyişdirilməsini təklif ediblər və bununla bağlı sənədlər hazırlanaraq müvafiq qurumlara göndərilmişdi. Kənd sakinləri həmin əraziyə Palıdlı adının verilməsini istəyiblər. Həmin ərazilərdə vaxtı ilə ruslar məskunlaşmışdı və 2 il bundan əvvəl onlar oradan çıxarıldı. Bu proses isə Rusiya və Azərbaycanın razılaşması əsasında həyata keçirilmişdi".

Müzakirələrin sonunda adıçəkilən qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti