Bakıda daha hansı evlər söküləcək? - Açıqlama

Bakıda daha hansı evlər söküləcək? - Açıqlama
  08 Noyabr 2013    Oxunub:4411
“Böyük Bakının regional inkişaf planı artıq sonuncu frazadır. Layihə artıq başa çatıb”.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov deyib.

Onun sözlərinə görə, respublikada iki dəfə bununla bağlı icmal müzakirə keçirilib. Eyni zamanda komitənin xüsusi saytda layihə qərarları göstərilib. Orada göstərilib ki, orada istənilən şəxs layihə təkliflərini verə bilər:

“Bakının regional inkişaf planı üzrə əsas layihə həm icmal müzakirəyə keçirilir, həm də aidiyyatı yerli və mərkəzi icra orqanları ilə razılaşdırılaraq artıq bunun layihəsi müzakirə edilmək və təsdiq edilmək üçün Nazirlər Kabinetinə təqdim edilib. Ərazilərin sökülməsinə Bakının regional inkişaf planı təsdiq ediləndən sonra baxılacaq. Əsasən mərkəz hissəsi-buna biz məxsusi Bakı da deyirik. Çünki, böyük Bakı deyəndə Ələtdən Sumqayıta qədər olan ərazidir. Söküntü üçün nəzərdə tutulan ərazilər əsasən məxsusi Bakıdadır“

D.Dövlətxanov vurğulayıb ki, əsasən şəhərin mərkəzində olan azmərtəbəli və azqiymətli yaşayış fondudur: “Keçmiş sovetski deyilən ərazidən başlayaraq bu işlər Elmlər Akademiyası istiqamətində davam edəcək. Həm də Bulvardan üzü park istiqamətində, o ərazidə iri parkların yaradılması nəzərdə tutulub.
Mərkəz hissəsidə olan binalar, aparılan tikinti işləri həmin ərazidə əhalinin rifahının qaldırmaq üçün infrastruktur layihələrinin aparılmasını mümkün etmir. Əsasən Xutor, Alatava deyilən və əvvəldə qeyd edilən ərazilərdir. İkinci böyük istiqamət isə Ağ şəhərdən sonra Zığ tərəfə olan istiqamətdir. Ağ şəhər deyilən yaşayış ərazisi rekultivasiya oluna ərazilərdə həyata keçirilir. Artıq tikintilər gedir. Həmin istiqamətdə söküntü işləri davam edəcək. Neft-kimya emalı ilə bağlı olan istehsalatın çıxarılması nəzərdə tutulur və onlar çıxdıqca həmin ərazilər iki istiqamətdə istifadə olunacaq”.

Dövlətxan Dövlətxanov bildirib ki, yaxın müddətdə və regional planda xuruşovkaların saxlanması nəzərdə tutulub. Ona görə ki, xuruşovka deyilən məsələ sonrakı məsələdir. Qonşu ölkələr-Belorusiya, Rusiya, Ukrayna bu tip layihələrin sökülməsi üzrə xüsusi dövlət proqramları var.

“Ancaq Azərbaycan iqlim şəraiti, əhalinin öz mənzillərinə baxması daha yüksək səviyyədə olduğu üçün deyərdim ki, bizdə həmin binalar o qədər pis vəziyyətdə deyil. Ümumiyyətlə, o binalar süküldükdə baxılır ki, onların istismar müddəti bitmək üzrədir. O birinci növbədə mərtəbələrarası örtükləri taxta konstruksiyalardan olan binalardır. Bizdəki xroşovka deyilən binalarda mərtəbələrarası örtüklər betonlardır. Ona görə, onların istismar müddəti hələ yüksədir, təxminən 100 ilə yaxındır. Planlaşdırma mövqeyindən bu əhalini qane etməyə bilər ki, bunda da hansıa investor tapılıb o binalardakı əhalini köçürüb yerinə yeni bina tikməsi yəqinki təqdirəlayiq ola bilər və dəstəklənə bilər. Lakin dövlət tərəfindən həmin binalrın sökülüb yeni bina tikməsi belə bir tədbir regional inkişaf planlında nəzərdəı tutulmayıb”.

D.Dövlətxanovun sözlərinə görə, mənzil yaşayış fondu hökümət tərəfindən yalnız müəyyən qruplar üçün tikilir, məcburi köçkün, qaçqın, əlillər və s:

“Digər aparılan tikinti isə özəl investorlar tərəfindən tikilir. Ona görə regional inkişaf planında o ərazilər göstərilir ki, haradakı tikinti aparıla bilər. Bu demək deyil ki, bu ərazi dərhal sökülməlidir. Lakin o ərazidəki ümumi istifadə obyektləri nəzərdə tutulub ki, əlbəttə bura dövlət büdcəsindən vəsait ayrıldığı üçün burada aparılan söküntü işləri daha tez həyata keçirilə bilər. Ancaq o ərzilərdəki özəl tikinti və özəl sahibkarlıq fəaliyyəti nəzərdə tutulub, burada nəzərdə tutulan söküntü investor tapılarsa aparıla bilər. Burada fərqi görmək lazımdır”.

D.Dövlətxanov onu da əlavə edib ki, şəhərin əlavə girişlərin artırılması ilə bağlı layihədə təkliflər vermişik. Bütün nəqliyyatla bağlı məsələləri yalnız planlaşdırma üsulları həll etmək mümkün deyil, orada inzibati və təşkialtı təkliflər də var.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti