“JEK”lər ləğv olunacaq

“JEK”lər ləğv olunacaq
  08 Noyabr 2013    Oxunub:980
“Yaxın vaxtlarda JEK-lər həyatımızdan tamamilə çıxardılacaq”.
AzVision.az xəbər verir ki, bu sözləri Milli Məclisin regional siyasət komitəsinin sədri, millət vəkili Arif Rəhimzadə jurnalistlərə açıqlamasında deyib. Komitə sədri JEK-lərin ləğv edilməsindən danışarkən bildirib ki, Şəhərsalma və Tikinti Məcəlləsi qəbul olunarkən orada JEK-lərin adı qeyd edilməyib.

“Güman edirəm ki, yaxın vaxtlarda JEK-lər həyatımızdan tamamilə çıxardılacaq. Ancaq əvvəlcə ictimai fəallıq olmalıdır. JEK-lər ləğv edildikdən sonra bu funksiyanı kim üzərinə götürəcək. Bununla bağlı ictimai təşkilatlar yaradılmalıdır. Açığı bizim cəmiyyətdə bu məsələyə lazımı istək və həvəs yoxdur. Buna görə JEK-in indiki fəaliyyəti elə cəmiyyətin onu dəyişmək təşəbbüsününü üzərinə götürməməkdən irəli gəlir”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti