Tağı Əhmədov stansiyalardakı ləngimələrdən danışdı

Tağı Əhmədov stansiyalardakı ləngimələrdən danışdı
  08 Noyabr 2013    Oxunub:1036
Gələn ilin mayında yeni, "bənövşəyi" xəttin ilk iki stansiyasını - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara veriləcək
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib.

T.Əhmədov həmçinin Bakı Metropoliteni yeni stansiyaların tikintisində mümkün ləngimələrin səbəblərini açıqlayıb:

"Tunellərin çəkilişində müasir qurğulardan istifadə etdiyimizə görə ləngimələr topraqların alınması prosesi ilə bağlı ola bilər. Hazırda daha üç "bənövşəyi" stansiyanın və "yaşıl" xəttin üç stansiyasının tikintisi aparılır. Əgər inşa işlərində ləngimə olmasa, onlar 2016-cı ildə istismara veriləcəklər".


Teqlər:





Xəbər lenti