Ermənistanda "donuz qripi" təhlükəsi - Ölən var

   Ermənistanda "donuz qripi" təhlükəsi -    Ölən var
  11 Yanvar 2019    Oxunub:1882
Ermənistanda "donuz qripi"ndən ölüm halı baş verib.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Artavazd Vanyan deyib. Onun sözlərinə görə, qripdən dünyasını dəyişən qadında müxtəlif xroniki xəstəliklər də aşkarlanıb. Bundan başqa ölkədə qripdən müalicə alanların sayı da qısa müddətdə çoxalıb. Belə ki, hazırda stastionar müəssisələrdə 693 nəfər qripdən müalicə alır.

Artavazd Vanyan əlavə edib ki, müalicə alan bir neçə xəstənin vəziyyəti ağırdır və onlar reanimasiya şöbəsinə yerləşdirilib. Mərkəz direktoru həmçinin bildirib ki, qriplə əlaqədar olaraq uşaq xəstəxanaları gücləndirilmiş rejimə keçib: "Poliklinikalara 1251 nəfər müraciət edib. Məktəblərdən evə göndərilən uşaqların sayı isə 432 nəfər təşkil edib".

Azvision.az



Teqlər: Ermənistan   Donuz-Qripi  





Xəbər lenti