İran Azərbaycanla sərhədlərin bağlanma səbəbini açıqladı

 İran Azərbaycanla sərhədlərin bağlanma səbəbini açıqladı
  08 Noyabr 2013    Oxunub:1189
İranın Azərbaycandakı səfirliyi İran-Azərbaycan sərhədinin bağlanması barədə bəyanat yayıb.

AzVision.az səfirliyin iki ölkə sərhədlərinin bağlanması barədə bəyanatı təqdim edir :

İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Culfa və Biləsuvar sərhəd-keçid məntəqələrinin İran sərhədçiləri tərəfindən bağlanmasını təsdiq edərək, bəyan edib. Azərbaycan Respublikası sərhədçilərinin Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsinin qeyri-adi şəkildə bağlamasına və bu sərhədin açılması üçün iki gün boyunca edilən cəhdlər nəticəsiz qaldığına cavab olaraq dünəndən Biləsuvar və Culfa sərhəd-keçid məntəqələri bağlanıb`.

Bəyanatda bildirilib ki, Azərbaycan Respublikası naməlum şəxsin Poldəşt sərhəd-keçid məntəqəsinə yaxın yerdə traktora atəş açması səbəbindən Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini noyabrın 6-dan etibarən bağlayıb: `Bu da iranlı sürücülərə və vətəndaşlara ciddi problemlər yaradıb. Beynəlxalq qanun və normalara əsasən, adətən sərhəd məntəqələrində bu kimi hadisələr baş verdikdə iki ölkənin sərhədçiləri görüşüb məsələni yerində həll edirlər və belə hallarda sərhəd bağlanmır`.

Seyid Məhəmməd Ayətullahi bildirib ki, İran iki gün gözlədikdən sonra sərhəd-keçid məntəqəsi açılmadığı üçün Azərbaycan tərəfini qabaqcadan məlumatlandıraraq, Biləsuvar və Culfa sərhəd-keçid məntəqələrini bağlayıb.

Bəyanatda deyilib ki, səfirliyin məsul şəxsləri bu problemin həll edilməsi üçün danışıqları davam etdirirlər.

Qeyd edək ki, İranın Azərbaycanla sərhəddi Biləsuvar rayonu ərazisindən bağlanıb. Dünəndən etibarən Biləsuvar Sərhəd Buraxılış Məntəqəsində qarşı tərəfə gediş-gəliş İran tərəfindən tamamilə dayandırılıb. Hazırda 200-ə yaxın nəqliyyat vastələri 800-dən çox vətəndaş sərhədi keçmək üçün növbə gözləyir.
Dövlət Gömrük Komitəsinin Biləsuvar Gömrük İdarəsi faktı təsdiqləyib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti