Gürcüstandan Rusiyaya gedən yol yenidən bağlandı

  Gürcüstandan Rusiyaya gedən yol yenidən bağlandı
  13 Yanvar 2019    Oxunub:2578
Gürcüstan-Rusiya sərhədində yük maşınlarının hərəkəti yenidən qadağan edilib.
Azvision.az AzərTAc-a istiadən xəbər verir ki, buna səbəb güclü qar yağması, yolların buz bağlaması və Yuxarı Lars yolunda, xüsusən də bəzi tunellərə yaxın ərazilərdə qar uçqunu təhlükəsinin artmasıdır.

Hazırda yolda 100-ə yaxın yük avtomobili dayanıb. Yolun nə vaxt açılacağı məlum deyil.

Yüngül minik avtomobillərinin hərəkəti bərpa olunsa da, sərhəddə tıxac yaranıb. Rusiya tərəfi Gürcüstandan gələn avtomobilləri və sərnişinləri qrip virusu ilə əlaqədar yoxlayır, bəzi təhlükəsizlik tədbirləri həyata keçirilir.

Azvision.az



Teqlər: Gürcüstan   Rusiya   Yol  





Xəbər lenti