Zakir Həsənov: “Ölkəmizin müdafiə qüdrəti daha da artıb”

Zakir Həsənov: “Ölkəmizin müdafiə qüdrəti daha da artıb”
  08 Noyabr 2013    Oxunub:1004
Azərbaycan müdafiə naziri Zakir Həsənov Dövlət Bayrağı Günü münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, milli-mənəvi dəyərlərə hörmət və müqəddəs dövlətçilik rəmzlərinə böyük ehtiram göstərən Prezidentimiz cənab İlham Əliyevin Dövlət Bayrağı Gününün təsis olunması haqqında imzaladığı sərəncamın böyük tarixi əhəmiyyəti vardır:

"Ölkə rəhbərliyi tərəfindən aparılan uğurlu siyəsət nəticəsində müstəqil respublikamızda demokratik və hüquqi dövlət quruculuğu sahəsində böyük nailiyyətlər qazanılmış, dövlətçiliyimiz möhkəmlənmiş, tərəqqi və inkişaf yolu ilə inamla irəliləyən ölkəmizin müdafiə qüdrəti daha da artmışdır. İnanıram ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi Anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlıqda yeni uğurlar əldə etmək üçün səylərinizi daha da artıracaq və hər an ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasına hazır olacaqsınız".

AzVision.az


Teqlər:  





Xəbər lenti