Abdullah Öcalan qardaşı ilə görüşdü

Abdullah Öcalan qardaşı ilə görüşdü
  13 Yanvar 2019    Oxunub:3604
PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalan 2 il yarım sonra qardaşı Mehmət Öcalanla görüşüb.
Bu barədə Xalqların Demokratik Partiyasının (HDP) üzvü, deputat Ömər Öcalan məlumat yayıb. Öcalanın səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, qardaşlar arasında sonuncu görüş 2016-cı ilin sentyabrın 11-də olmuşdu.

A. Öcalan 1999-cu ildən Mərmərə dənizindəki İmralı adasında yerləşən həbsxanada cəza çəkir.

Azvision.az



Teqlər: HDP   Abdulla-Öcalan  





Xəbər lenti