İsrail XİN-in binasında partlayış olub

  13 Yanvar 2019    Oxunub : 1662
 İsrail XİN-in binasında partlayış olub
İsrail Xarici İşlər Nazirliyinin (XİN) binasında partlayış baş verib.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, inzibati binada qaz qumbarası partlayıb. Hadisə nəticəsində mühafizə xidmətinin əməkdaşları arasında xəsarət alanlar olub.
Əraziyə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub. Partlayışın səbəbi araşdırılır.

Azvision.az

Teqlər: İsrail   XİN   Partlayış