Boliviyada italiyalı terrorçu saxlanılıb

Boliviyada italiyalı terrorçu saxlanılıb
  13 Yanvar 2019    Oxunub:1335
İtaliyalı terrorçu Çezare Battisti Boliviyada saxlanılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu əvvəlcə Braziliyaya, oradan isə İtaliyaya deportasiya ediləcək.

Qeyd edək ki, Çezare Battisti İtaliyada sol radikal ekstremist təşkilatın keçmiş lideridir. O, 1970-ci illərin sonlarında törədilmiş 4 cinayətə görə ittiham edilir.

Azvision.az



Teqlər: İtaliya   Terrorçu  





Xəbər lenti