İlham Əliyev müavinlə görüşdü

İlham Əliyev müavinlə görüşdü
  07 Mart 2013    Oxunub:1626
Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyev martın 7-də Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya departamentinin direktor müavini Yuha Kahköneni qəbul edib.

Təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlıqda maraqlı olduğunu bildirən Yuha Kahkönen Azərbaycan iqtisadiyyatının dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğunu məmnunluqla vurğulayaraq ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsinin önəmini də qeyd edib.
İqtisadiyyatın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində böyük işlərin görüldüyünü vurğulayan Prezident İlham Əliyev ötən il qeyri-neft sektorunun 10 faiz artdığını qeyd edərək, bunu ölkəmizdə informasiya və kommunikasiya texnologiyaları, sənaye, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən uğurlu proqramların nəticəsi kimi dəyərləndirib.
Görüşdə Azərbaycan ilə Beynəlxalq Valyuta Fondu arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


Teqlər:





Xəbər lenti