Paşinyan baş nazir təyin edildi - Yenilənib

 Paşinyan baş nazir təyin edildi -  Yenilənib
  14 Yanvar 2019    Oxunub:3808
Ermənistan prezidenti Armen Sarkisyan Nikol Paşinyanın baş nazir təyin edilməsi barədə fərman imzalayıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Ermənistan konstitusiyasının 149-cu maddəsinin birinci hissəsini əsas tutaraq, Nikol Paşinyan Ermənistanın baş naziri təyin edilsin” – fərmanda bildirilib.

Ermənistan konstitusiyasının 149-cu maddəsinin 1-ci hissəsinə əsasən yeni parlament öz səlahiyyətlərinin rəsmi icrasına başladığı andan dərhal sonra ölkə prezidenti parlament çoxluğu tərəfindən irəli sürülən namizədi baş nazir təyin edir.

Konstitusiyaya müvafiq olaraq, Paşinyan 15 gün ərzində nazirlər kabinetini formalaşdırmalı, daha sonrakı 20 gün ərzində isə hökumətin proqramını hazırlayaraq parlamentə təqdim etməlidir.

Qeyd edək ki, bu gün Ermənistanın yeni tərkibli parlamentinin ilk iclasında deputatlar and içərək vəzifələrinin rəsmi icrasına başlayıblar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti