Ankaradan Trampa cavab: “Ölümcül səhv edirsiniz!”

  14 Yanvar 2019    Oxunub : 4841
 Ankaradan Trampa cavab: “Ölümcül səhv edirsiniz!”
“ABŞ PKK və onun Suriyadakı qolu olan YPG-ni eyniləşdirməklə ölümcül səhvə yol verir”

Azvision.az xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidenti Donald Trampın Ankaraya ünvanladığı təhdidə cavab olaraq deyib.
Suriyalı kürdlərini ABŞ-ın terror təşkilatları siyahısında olan PKK və onun Suriyadakı qolu YPG ilə eyniləşdirmək ölümcül səhvdir! Türkiyə kürdlərlə yox, terrorçularla savaşır. Biz kürdləri və digər suriyalıları bütün terror təhdidlərindən qoruyacağıq. Türkiyə ümid edir ki, ABŞ bizim strateji tərəfdaşlığımıza hörmət edəcək və istəmir ki, bu münasibətlərə terror təxribatı vasitəsilə kölgə salınsın” – Kalın "Tvitter"də yazıb.

Türkiyə prezidentinin sözçüsü onu da vurğulayıb ki, İŞİD, PKK və YPG terror təşkilatları arasında heç bir fərq yoxdur: “Biz onlarla mübarizəni davam etdirəcəyik”.

Qeyd edək ki, Tramp Ankaranın Suriyadakı kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəyə qarşı iqtisadi tədbirlər görəcəyini bəyan edib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Suriya   Türkiyə   ABŞ