ABŞ-ın dövlət katibi vəliəhdlə görüşüb

  14 Yanvar 2019    Oxunub : 688
ABŞ-ın dövlət katibi vəliəhdlə görüşüb
ABŞ dövlət katibi Mayk Pompeo Yaxın Şərq ölkələrinə turnesi çərçivəsində bu gün Səudiyyə Ərəbistanına səfər edib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Pompeov Ər-Riyadda Səudiyyə kralı Salman bin Əbdüləzizlə 35 dəqiqəlik və vəliəhd şahzadə Məhəmməd bin Salmanla 45 dəqiqəlik görüşlər keçirib.

ABŞ-ın Səudiyyədəki səfirliyi bildirib ki, aparılan danışıqlarda Pompeo ilə vəliəhd şahzadə Yəməndə gərginliyin azaldılmasının və ötən ay İsveçdəki danışıqlarda əldə olunan anlaşmalara riayət edilməsinin vacibliyi barədə razılığa gəliblər.

Görüşlərdə jurnalist Camal Kaşoqinin Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda vəhşicəsinə qətlə yetirilməsi üzrə aparılan istintaqın gedişinin də müzakirə olunduğu bildirilir. Lakin bu mövzu ilə bağlı danışıqların detalları barədə məlumat verilmir.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Səudiyyə   Yəmən   ABŞ