Çavuşoğlu: “Trampa təzyiq edirlər”
Azvision.az xəbər verir ki, “NTV” telekanalınn efirində çıxış edən Çavuşoğlunun fikrincə, bütün bunlar ABŞ-ın Suriyadan geri çəkilməməsini istəməyənlərin Trampa etdiyi təzyiqlərin nəticəsidir.
XİN rəhbəri onu da bildirib ki, Ankara təhdidlərdən qorxmur və həm ABŞ, həm də digər ölkələr Türkiyəyə hörmət göstərməlidirlər.
Qeyd edək ki, Tramp Ankaranın Suriyadakı kürdlərə hücum edəcəyi təqdirdə Türkiyəyə qarşı iqtisadi tədbirlər görəcəyini bəyan edib.
Leyla Elbrusqızı
Azvision.az