Almaniyada irimiqyaslı aksiyalar başlayır

Almaniyada irimiqyaslı aksiyalar başlayır
  14 Yanvar 2019    Oxunub:1666
Sabah Almaniyanın 8 böyük hava limanında təhlükəsizlik xidməti işçilərinin irimiqyaslı etiraz aksiyaları keçiriləcək.
Azvision.az “Deutsche Presse-Agentur”a istinadən xəbər verir ki, bu barədə Almaniyada ictimai sektorda çalışan işçilərin “Verdi” Həmkarlar İttifaqı bəyan edib.

Qeyd olunub ki, aksiyaların Frankfurt-Mayn, Hamburq, Münhen, Hannover, Bremen, Leypsiq, Drezden və Erfurt hava limanlarında keçirilməsi planlaşdırılır. Etirazlarla əlaqədar olaraq təyyarə reyslərinin kütləvi şəkildə təxirə salınması gözlənilir.

Xatırladaq ki, ötən həftədən etibarən Almaniyanın Düsseldorf, Köln və Ştutqart kimi iri şəhərlərindəki hava limanlarının təhlükəsizliyini qoruyan əməkdaşlar gördükləri ağır və riskli iş müqabilində az məvacib aldıqlarını və bu səbəbdən də əmək haqqlarının artırılmasını tələb edirlər. Onların etiraz olaraq tətil etməsi nəticəsində 643 təyyarə reysi təxirə salınmışdı ki, bu da gündəlik 115 min sərnişinin uçuş planlarına ciddi təsir etmişdi.

Hazırda Almaniya hava limanlarının təhlükəsizlik xidməti əməkdaşları gördükləri bir saat iş müqabilində 15-17 avro əmək haqqı alırlar. “Verdi” Həmkarlar İttifaqı isə bir saatlıq işə görə verilən məvacibin 20 avroyadək artırlmasını tələb edir. İttifaqın sədri Frank Bsirsk bəyan edib ki, yanvarın 23-də əmək haqqlarının artırımasına dair yeni danışıqlara başlayacaqlar.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Almaniya   Aksiya  





Xəbər lenti