London sazişsiz “Brexit”ə hazırlaşır

London sazişsiz “Brexit”ə hazırlaşır
  14 Yanvar 2019    Oxunub:1514
Əgər baş nazir Tereza Mey “Brexit” sazişini parlamentdən keçirə bilməsə, Böyük Britaniya hökumətinin həyata keçirəcəyi siyasət 29 martda Avropa İttifaqını (Aİ) heç bir saziş olmadan tərk etmək olacaq.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Britaniyanın beynəlxalq ticarət naziri Liam Foks “BBC” radiosunun efirində bu cür bəyanatla çıxış edib.

“Hökumət istəyər ki, Aİ-nı sazişlə tərk etsin, amma əgər parlamentin İcmalar Palatasından hansısa razılıq almaq mümkün olmazsa, hökumət sazişsiz ayrılma variantına hazır olmaq istəyəcək. Bizim həyata keçirəcəyimiz siyasət bu olacaq. Lakin mən sazişsiz ayrılmanı milli intihar hesab etmirəm. İttifaqdan sazişsiz çıxmağımız iqtisadiyyatımıza ziyan vuracaq, amma düşünürəm ki, bunu atlada bilərik. Fikrimcə, “Brexit” sazişi olmadan ayrılma siyasi cəhətdən sağala bilməyəcəyimiz bəladır” – Foks vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqından ayrılma prosesinin formatını müəyyənləşdirəcək “Brexit” sazişini 15 yanvarda yenidən parlament səsverməsinə təqdim edəcək. Britaniyanın müxalif Leyboristlər Partiyası isə bəyan edib ki, əgər Mey parlament səsverməsini uduzarsa hökumətə qarşı etimadsızlıq səsverməsi keçirəcəklər.

“Brexit” üzrə referendum 2016-cı ilin iyununda keçirilib və əhalinin 51,9 faizi Böyük Britaniyanın Aİ-dan çıxmasının lehinə səs verib. “Brexit” prosesi rəsmən 2019-cu lin 29 martında başa çatacaq və Britaniya ilə Aİ 2020-ci ilin 31 dekabrınadək keçid dövrünə qədəm qoyacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Brexit   Avropa   Britaniya  





Xəbər lenti