“Elə fikirləşirdiniz ki, Kremlə işləyirəm?” - Tramp

 “Elə fikirləşirdiniz ki, Kremlə işləyirəm?” -  Tramp
  14 Yanvar 2019    Oxunub:3410
ABŞ prezidenti Donald Tramp son zamanlar Amerikada neft hasilatının artırılmasının Rusiya üçün bəd xəbər olduğunu bəyan edib.

Azvision.az xəbər verir ki, Tramp həyata keçirdiyi bu siyasətlə “Moskvanın adamı” olmadığını sübut etməyə çalışıb.
“ABŞ-da yanacaq qiymətləri azalır, çünki prezident Tramp enerji sahəsində dövlət tənzimlənməsini azaldıb və indi biz həmişəkindən daha çox neft istehsal edirik. Amma bu, Rusiya üçün pis xəbərdir. Bəs nə əcəb prezident Tramp belə edə bilib? Elə fikirləşirdiniz ki, o, Kremlə işləyir?” – Tramp "Tvitter"də yazıb.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Rusiya   ABŞ  





Xəbər lenti