Sahibinə pivə alan soyuducu hazırlanıb - VİDEO

Sahibinə pivə alan soyuducu hazırlanıb -    VİDEO
  14 Yanvar 2019    Oxunub:2854
Yaponiyanın “DrinkShift” şirkəti pivə həvəskarları və onu içməkdən zövq alanlar üçün innovativ aparat hazırlayıb.
Azvision.az “Daily Caller”ə istinadən xəbər verir ki, “DrinkShift” şirkəti özü-özünə pivə sifariş edən ağıllı soyuducu düzəldib.

Kiçik ölçüdə olan bu soyuducunun sahibi mobil tətbiqetmə vasitəsilə evində hansı pivəni içmək istədiyini seçə bilir. Ağıllı soyuducu isə sahibinin hansı vaxtlarda və nə qədər pivə içdiyini müəyyənləşdirir, həmçinin, içindəki pivələrin sayı bitmə həddinə çatana yaxın özü sahibinin seçiminə uyğun yeni pivələr sifariş edir.

“Nəticədə, siz pivə açaraq onu içmək barədə düşünən kimi, o artıq evdə sizi gözləyir” – soyuducunu istehsal edənlər bildirir.

Ağıllı soyuducunun artıq Las-Veqasdakı “Beynəlxalq İstehlak Elektronikası Sərgisi”ndə təqdimatı keçirilib. Lakin onun nə zaman satışa buraxılacağı hələlik dəqiqləşməyib.



Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yaponiya  





Xəbər lenti