Kabildə növbəti terror: 90 yaralı, 23-ü uşaqdır

  14 Yanvar 2019    Oxunub : 1117
 Kabildə növbəti terror: 90 yaralı, 23-ü uşaqdır
Əfqanıstanın paytaxtı Kabildə terror aktı törədilib.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, paytaxtda partlayıcı yüklənmiş avtomobil partladılıb. Hadisə nəticəsində 90 nəfər yaralanıb, onlardan 23-ü uşaqdır.
Bundan əvvəl isə 4 nəfərin öldüyü və 44 nəfərin xəsarət aldığı bildirilirdi. Əfqanıstan DİN partlayışın terror aktı olduğunu təsdiqləyib.

Azvision.az

Teqlər: Kabil   Terror