YAP-çı deputatlar qan verdi - FOTO

YAP-çı deputatlar qan verdi - FOTO
  08 Noyabr 2013    Oxunub:1600
Yeni Azərbaycan Partiyası qanvermə aksiyası keçirdi
Yeni Azərbaycan Partiyası və partiyanın Gənclər Birliyinin təşəbbüsü ilə növbəti qanvermə aksiyası keçirib.
Bu humanitar aksiya B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu Mərkəzi Qan Bankında keçirilib.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib ki, qanvermə aksiyasını keçirməkdə məqsəd ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara qan yardımı etməkdən ibarətdir: "Bu haqda sosial şəbəkələrdə gənclərə çağırışlar edilib və nəticədə qanvermə aksiyasına hakim partiyanın üzvləri ilə yanaşı, heç bir siyasi partiyada təmsil olunmayan gənclər də qoşulub".

Qanvermə aksiyasında YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, YAP İcra katibinin müavinləri, Milli Məclisin deputatları Siyavuş Novruzov və Mübariz Qurbanlı iştirak ediblər.

Qeyd edək ki, ümumilikdə qanvermə aksiyasında 200-ə qədər gənc iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti