Almaniya ordusunun İrana casusluq edən keçmiş əməkdaşı tutuldu

 Almaniya ordusunun İrana casusluq edən keçmiş əməkdaşı tutuldu
  15 Yanvar 2019    Oxunub:2071
Bu gün Almaniyanın hüquq-mühafizə orqanları Bundesverin (Almaniya Silahlı Qüvvələri) sabiq əməkdaşı, Almaniyanın İrana casusluqda şübhəli bilinən 50 yaşlı sakini Əbdül Həmidi həbs ediblər.

Azvision.az xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” jurnalı yazıb.
Məlumata görə, etnik mənsubiyyətcə əfqan olan Əbdül Həmid Almaniyanın Əfqanıstandakı hərbi əməliyyatlarda iştirakı ilə bağlı məxfi informasiyaya çıxış əldə edib və onu Tehrana ötürüb.

Qeyd olunub ki, Həmid əvvəllər Almaniya Silahlı Qüvvələri komandanlığını linqvistik xidmət və diyarşünaslıq məlumatları ilə təmin edib. Lakin onun İran xüsusi xidmət orqanlarına nə zamandan bəri işlədiyi dəqiq bilinmir və məsələ ilə bağlı digər məlumatlar verilmir.

Əbdül Həmidə casusluq maddəsi üzrə cinayət işinin açılıb-açılmadığı barədə də məlumat yoxdur.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   Almaniya  





Xəbər lenti