Mnatsakanyan həmsədrlərlə görüşüb

   Mnatsakanyan həmsədrlərlə görüşüb
  16 Yanvar 2019    Oxunub:1843
Parisdə Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ) ilə görüşü başlayıb.
Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də iştirak etdiyi görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmsı üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunur.

Qeyd edək ki, həmsədrlərin vasitəçiliyi ilə bu gün Parisdə həm də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü keçiriləcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Paris  





Xəbər lenti