Lavrov kürd məsələsindən danışdı: “Bu, yolverilməzdir”

Lavrov kürd məsələsindən danışdı:  “Bu, yolverilməzdir”
  16 Yanvar 2019    Oxunub:1978
Kürdlərin Yaxın Şərq ölkələrində yaşayışı ilə bağlı məsələ milli qanunvericiliklər çərçivəsində həll olunmalıdır və bu məsələdə sərhədlərin yenidən çəkilməsindən qaçınmalıdır.
Azvision.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.

“Həm Suriyada, həm İraqda, həm də başqa ərazilərdə yaşayan kürd əhalisi ilə bağlı yaranan problemlər həmin ölkələrin milli qanunvericiliklərinə uyğun şəkildə həll edilməli, kürdlərin nümunəsində milli azlıqların hüquqları onların özlərilə mərkəzi hökumətlər arasındakı dialoq vasitəsilə təmin olunmalıdır. Bu məsələdə sərhədlərin yenidən çəkilməsindən qaçmaq vacibdir”, – deyə Lavrov bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Suriya   Rusiya  





Xəbər lenti