Tereza Meyə qarşı səsvermə keçiriləcək

 Tereza Meyə qarşı səsvermə keçiriləcək
  16 Yanvar 2019    Oxunub:1616
Böyük Britaniyanın baş naziri Tereza Mey ötən gün parlamentdəki “Brexit” səsverməsini uduzduqdan sonra müxalif Leyboristlər Partiyası bu axşam saat 19:00-da Meyə qarşı etimadsızlıq səsverməsi keçirəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Leyboristlərin lideri Ceremi Korbin bəyan edib. Bildirib ki, bu cür məğlubiyyətdən sonra Tereza Mey hökumətinin səlahiyyətlərini davam etməsi yolverilməzdir.

Lakin buna baxmayaraq, baş nazir vəzifədən getmək niyyətində olmadığını və britaniyalıların “Brexit” arzusunu sonadək təmin edəcəyini deyib.

Qeyd edək ki, ötən axşam Britaniya parlamenti ölkənin Avropa İttifaqından ayrılma formasını müəyyənləşdirəcək “Brexit” sazişini təsdiqləməyib. İcmalar Palatasının 202 üzvü sazişin lehinə, 432-si isə əleyhinə səs verib.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Brexit   Avropa   Britaniya  





Xəbər lenti