İrəvan münaqişə ilə bağlı Bakının təşəbbüsünə cavab verməlidir - Lavrov

İrəvan münaqişə ilə bağlı Bakının təşəbbüsünə cavab verməlidir -    Lavrov
  16 Yanvar 2019    Oxunub:2917
Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Azərbaycanın sərgilədiyi konstruktiv mövqeyə adekvat cavab verməlidir.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov 2018-ci ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında ATƏT-in Minsk Qrupunun həmsədri kimi ötən il Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə verdiyi töhfədən danışarkən deyib.

"Ötən il Ermənistanda rəhbərliyin dəyişdiyi il olub. Odur ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə həmsədr kimi bizim töhfəmizə gəldikdə, bu, hələlik tanışlıq xarakterli görüşlərlə məhdudlaşmışdı. Amma artıq bu ay Rusiya, Fransa və ABŞ-dan olan həmsədrlərin Azərbaycan və Ermənistan xarici işlər nazirlərilə növbəti görüşü nəzərdə tutulub. Ona görə də düşünürəm ki, biz bu istiqamətdə artıq uzun illərdir davam edən münaqişənin nizamlanmasına kömək edə bilərik. Əlbəttə ki, bu nizamlanmaya İrəvanla Bakının xoş niyyəti və Minsk qrupu həmsədrlərinin simasında beynəlxalq ictimaiyyətin dəstəyilə nail olmaq olar. Düşünürəm ki, münaqişənin həlli üçün çıxış yollarının axtarılıb tapılmasına hazır olduqlarına dair Bakıdan səslənən bəyanat da hər cür dəstəyə layiqdir və ümid edirik ki, erməni dostlarımız da buna qarşılıqlı cavab verəcək", - deyə Lavrov vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya  





Xəbər lenti