Nazirlik vergi ödəyicilərinə xəbərdarlıq etdi
Eyni zamanda notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edilərək 2 bank günü, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu 1 ay, digər dövlət rüsumları isə tutulduqdan sonra 1 bank günü ərzində dövlət büdcəsinə köçürülməlidir.
2018-ci ilin 4-cü rübünə görə sığortaedənlər tərəfindən, məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat və işsizlik sığortası üzrə rüblük hesabat da 2019-cu ilin yanvar ayının 21-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və 2018-ci ilin dekabr ayı üzrə hesablanmış sığorta haqqları 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq tam həcmdə nağdsız formada dövlət büdcəsinə ödənilməlidir.
Həmçinin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi və gəlir, mənfəət vergisi ödəyiciləri tərəfindən 2018-ci ilin 4-cü rübü üzrə hesablanmış cari ödəmələr 2019-cu ilin yanvar ayının 15-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməlidir.
Azvision.az
Teqlər: Vergi