Almaniya Səudiyyəyə silah satışına qarşı çıxdı

Almaniya Səudiyyəyə silah satışına qarşı çıxdı
  16 Yanvar 2019    Oxunub:1237
Rəsmi Berlin Səudiyyə Ərəbistanına silah satışını hələ də təsdiqləməyəcək.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Almaniyanın İqtisadiyyat Nazirlyi bu cür bəyanat yayıb.

Qeyd edək ki, ötən ilin 2 oktyabrında Səudiyyənin İstanbuldakı Baş Konsulluğunda müxalif jurnalist Camal Kaşoqinin Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın yaxın ətrafı tərəfindən və ehtimal ki, birbaşa əmri ilə vəhşicəsinə qətlə yetirilməsindən sonra noyabrda Almaniya əvvəlki anlaşmalar üzrə Ər-Riyada silah tədarükünü dayandırmışdı.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Almaniya  



Xəbər lenti