Azərbaycan-İran sərhədi açılır

Azərbaycan-İran sərhədi açılır
  09 Noyabr 2013    Oxunub:7070
Azərbaycan və İran sərhədçiləri görüşüblər, sərhəd-keçid məntəqələrinin açılması üçün müsbət nəticələr əldə olunub.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan və İran sərhədçiləri bu gün iki ölkənin sərhəd-keçid məntəqələrində yaranan problemlərin həlli üçün görüşüblər. Bu barədə İranın Azərbaycandakı Səfirliyindən məlumat veriblər.

Məlumata görə, Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsində baş tutan görüşdə iki ölkə arasında sərhədlərin bağlanması ilə bağlı yaranmış problem müzakirə edilib və müzakirələrdə müsbət nəticələr əldə olunub.

Görüşdə razılaşıblar ki, sərhədçilər sabah da müzakirələri davam etdirsinlər. Problemin yaxın günlərdə həll ediləcəyi vurğulanıb.

Qeyd edək ki, İran Culfa və Biləsuvar sərhəd-keçid məntəqəsini dünəndən bağlayıb. Bu addım Azərbaycanın Poldəşt-Şahtaxtı sərhəd-keçid məntəqəsini bağlamasına cavab olaraq atılıb.

Xatırladaq ki, noyabrın 5-də saat 18:15 radələrində Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonunun Dəmirçi kəndi yaxınlığında Araz çayında sahilbərkitmə işləri aparan traktora İran İslam Respublikası ərazisindən 2 nəfər hərbi geyimli şəxs atəş açıb.


Teqlər:  





Xəbər lenti