SOCAR Gürcüstanda nümunəvi şirkət oldu

SOCAR Gürcüstanda nümunəvi şirkət oldu
  09 Noyabr 2013    Oxunub:1208
SOCAR Gürcüstanda “Məktəbəqədər tədrisin inkişafı” layihəsinə başlayır.
“SOCAR Corcia petroleum” şirkəti Gürcüstanda “Məktəbəqədər tədrisin inkişafı” layihəsini həyata keçirməyə başlayır.

Şirkətin meneceri Marina Qabaşvili bildirib ki, layihə çərçivəsində ölkənin yüksək dağlıq bölgələrində fəaliyyət göstərən uşaq bağçaları və uşaq evlərinə hədiyyələr veriləcək.

Şirkət layihənin reallaşmasına Gürcüstanın qərbində yerləşən Sameqrelo bölgəsinin yüksək dağlıq Darçeli kəndindən başlamışdır. Buradakı uşaq bağçasına tədris vəsaitləri və digər avadanlıqlar hədiyyə edilib.

Uşaq bağçasının müdiriyyəti xeyirxahlığa görə “SOCAR Corcia petroleum” şirkətinə minnətdarlıq edib və ölkədə fəaliyyət göstərən digər şirkətləri bundan nümunə götürməyə çağırıb.


Teqlər:





Xəbər lenti