“Suriyada təhlükəsizlik zonasının yaradılması vacibdir” – Çavuşoğlu

   “Suriyada təhlükəsizlik zonasının yaradılması vacibdir” –    Çavuşoğlu
  17 Yanvar 2019    Oxunub:1531
ABŞ və Türkiyə Suriyada təhlükəsizlik zonasının yaradılması barədə danışıqları davam etdirirlər.
Azvision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər nazri Mövlud Çavuşoğlu makedoniyalı həmkarı ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, Suriyanın şimalında yaradılacaq təhlükəsiz bölgə bir çox problemin həlli cəhətdən olduqca vacibdir.

“Qarşıdakı danışıqlarda Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsilə bağlı Türkiyə ilə ABŞ-ın baxışlarının nə dərəcədə üst-üstə düşdüyü bəlli olacaq. Prezidentimizin (Rəcəb Tayyip Ərdoğan) də tərəfdar olduğu bu təhlükəsizlik zonası həm Suriyanın şimal bölgəsində sabitliyin bərqərar olması, həm bu günədək başda kürd qardaşlarımız olmaqla, suriyalı qaçqınların geri dönməsi, həm də terrorla mübarizə daxil bir çox baxımdan önəmlidir. Bu mövzuya dair ABŞ-la müzakirələri davam etdirəcəyik” – Çavuşoğlu vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Suriya   Türkiyə   ABŞ  





Xəbər lenti