Bəşər Əsəd Krıma səfər edəcək

Bəşər Əsəd Krıma səfər edəcək
  17 Yanvar 2019    Oxunub:1586
Suriyia prezidenti Bəşər Əsəd Sevastopol və Krıma səfər etmək arzusunu ifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Duması nümayəndə heyətinin tərkibində Suriyaya səfər edərək Bəşər Əsədlə görüşən Sevastopoldan olan deputat Dmitri Belik bildirib.

Belikin mətbuat xidməti bildirib ki, deputat Əsədi Krımın Rusiyaya “birləşdirilməsinin” 5-ci ildönümü münasibətilə Krıma dəvət edib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Krım   Suriya   Rusiya  





Xəbər lenti