Kolumbiyada 3 günlük matəm elan edilib

 Kolumbiyada 3 günlük matəm elan edilib
  18 Yanvar 2019    Oxunub:2153
Kolumbiya prezidenti İvan Duke Boqotada polis məktəbi ərazisində törədilən terror aktı ilə əlaqədar ölkədə 3 günlük matəm elan edib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Kolumbiya lideri sərhəd ərazilərində nəzarətin gücləndirilməsi barədə tapşırıq verib. O, vətəndaşları terror təhlükəsi qarşısında yekdil olmağa, təhqiqata kömək etməyə çağırıb.

Qeyd edək ki, polis məktəbi ərazisində minalanmış avtomobilin partladılması nəticəsində 11 nəfər ölüb, 87 nəfər yaralanıb. Yaralılardan 79-u xəstəxanaya yerləşdirilib.

Azvision.az



Teqlər: Matəm   Kolumbiya  





Xəbər lenti