Çavuşoğlu ABŞ-a gedir: “Mövqeyimiz Vaşinqtona təsir etdi”

Çavuşoğlu ABŞ-a gedir:    “Mövqeyimiz Vaşinqtona təsir etdi”
  18 Yanvar 2019    Oxunub:1800
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Suriyada və bütövlükdə Yaxın Şərq regionunda İŞİD terrorçuları ilə mübarizə məsələsinin müzakirəsi üçün 6 fevralda Vaşinqtona səfər edəcək.

Azvision.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Hami Aksoy bildirib.
Onun sözlərinə görə, ABŞ Suriyadan çıxmaq qərarını məhz Ankaranın qətiyyətli mövqeyinin təsirilə qəbul edib.

“Qətiyyətli mövqeyimiz ABŞ-a Suriyadan çəkilmə qərarı qəbul etdirdi. ABŞ administrasiyasında Trampa qarşı bir müqavimət yaranıb. Amerikanın Suriyadan çəkilməsi YPG terrorçularına xidmət etməməlidir. YPG-nin də Suriya rejimini Menbiçə soxmağa çalışmasına icazə verilməməlidir. Bu günlərdə ABŞ əsgərlərinə edilən hücum Menbiçin terrorçulardan təmizlənməsinin vacibliyini bir daha ortaya qoydu. Xarici işlər nazirimiz Mövlud Çavuşoğlu da İŞİD-lə mübarizə toplantısında iştirtak üçün 6 fevralda ABŞ-a gedəcək” – Aksoy bəyan edib.

Türkiyə KİV-ləri qeyd edir ki, Vaşinqtona səfərində Çavuşoğlu həm də ABŞ qoşunlarının Suriyadan çıxarılması və Türkiyənin Suriya ilə sərhəddində təhlükəsizlik zonasının yaradılması, eləcə də FETÖ lideri Fətullah Gülənin Ankaraya təhvil verilməsi məsələlərini də müzakirə edəcək.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İŞİD   Suriya   ABŞ   Türkiyə  





Xəbər lenti