İradə Tuncay: “Dəyərli hədiyyələri mənə sevgilim alıb”

İradə Tuncay: “Dəyərli hədiyyələri mənə sevgilim alıb”
  09 Noyabr 2013    Oxunub:8783
“Aqil məni öpüb qucaqlayaraq ad günümü təbrik etdi”
Bu gün `Ədalət` qəzetinin baş redaktoru, yazıçı və publisist İradə Tuncayın doğum günüdür. Baş redaktor ad günü təəssüratlarını AzVision.azla bölüşüb:

-İradə xanım, doğum gününüzdə özünüzü necə hiss edirsiniz?

-Yaxşıyam, həmişəki kimi. Düzünü deyirəm, heç bir özəl duyğum yoxdu. Açılan hər gün ad günüdü.

- Sizi təbrik edənlər oldumu. İlk təbrik kimdən gəldi?

-Nəvələrimdən.Onlar məni hamıdan qabaq təbrik etdilər.

-Bəs Aqil bəy sizi necə təbrik etdi?

-Öpdü, qucaqladı (gülür). Ondan böyük hədiyyə var? İndi də gedirik Qubaya. Ad günümü ikimiz qeyd edəcəyik. İkimiz və romantika.

-İradə xanım özünüzü hansı yaşda hiss edirsiniz?

-35.

-Niyə məhz bu yaşda?

-Çünki 30 yaşdan sonra insan tam formalaşır və öz dəyərini anlayır.

-Dəyərinizi anlayan insanların sayı çoxdurmu?

-İnsanlara dəyər verirsənsə, onun qarşılığı qayıdır.

-İradə xanım elə olubmu, kiminsə təbrikini gözləmisiniz, amma o təbrik sizə gəlib çatmayıb?

-Təbrik gözləmirəm. Gözləyirəmsə mütləq gəlib.

- Bu yaşa qədər aldığınız ən qiymətli hədiyyə?

-Mənə qiymətli hədiyyələri həmişə sevgilim alıb.

- Bəs övladlarınız? Hədiyyənin adı? Sirr deyilsə əgər

-Bunun nə əhəmiyyəti var ki? Gəlinlər həmişə nəsə bir hədiyyə alırlar ( gülür)

-İradə xanım, sizcə hər yaş gününü qeyd etmək lazımdır, yoxsa yubileyləri?

-Mən ad günlərini sakit qeyd edirəm. Amma yəqin yuvarlaq günləri xüsusi qeyd etmək lazımdır.

-İradə xanım, elə bir arzunuz varmı ki, növbəti yaşınızda çatmaq istəyərdiniz?

-Var. Amma nə olduğunu deməyəcəm.

-İnşallah arzunuza çatarsınız....

Məlumat üçün bildirək ki, İradə Tuncay 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. 2006-cı ildən “Ədalət”qəzetinin baş redaktorudur. Millət vəkili Aqil Abbasın həyat yoldaşıdır.


Mirvari Nəzərova




Teqlər:  





Xəbər lenti