İsrail əsgərləri 30 fələstinlini yaralayıb - FOTO

   İsrail əsgərləri 30 fələstinlini yaralayıb -    FOTO
  19 Yanvar 2019    Oxunub:3102
Bu gün Qəzza zolağında “Böyük Qayıdış" yürüşünə qatılan fələstinlilərlə İsrail hərbçiləri arasında qarşıdurma yaşanıb.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail hərbçilərinin açdığı atəş nəticəsində azı 30 fələstinli xəsarət alıb. Yaralılardan ikisi jurnalist, üç nəfər isə səhiyyə işçisidir.

Əraziyə cəlb olunan təcili tibbi yardım maşınlarının İsrail əsgərləri tərəfindən atəşə tutulduğu bildirilir.



Azvision.az



Teqlər: İsrail   Qəzza   Fələstin  





Xəbər lenti