Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat

 Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat
  19 Yanvar 2019    Oxunub:4147
Fransa polisi “Avropol”un (Avropa İttifaqı Polis Xidməti) köməyi ilə Avropada iri mafiya qruplaşmasının 21 üzvünü həbs edib.
Azvision.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, cinayətkarların ələ keçirilməsi məqsədilə Fransa ərazisində 27 evdə xüsusi axtarış-yoxlama əməliyyatları aparılıb və qruplaşmanın yüksək rütbəli üzvlərinin də olduğu və əsasən, ermənilərdən ibarət 21 üzvü həbs olunub.

Əməliyyat zamanı 23 min avro, iki min qutu siqaret, 23 kiloqram tütün və müxtəlif növ 6 ədəd odlu silah müsadirə olunub.

“Avropol”dan bildirilib ki, bu əməliyyat İspaniya və Almaniya hökumətlərinin də kömək etdiyi böyük bir istintaqın tərkib hissəsidir. Cinayətkarlar narkotika və siqaret almaq üçün avtomobillərlə ödəniş metodundan istifadə ediblər. Onların ifşa olunması üçün “Avropol” il yarım ərzində müxtəlif ölkələrin hüquq-mühafizə orqanları ilə məlumat mübadiləsi həyata keçirib və irimiqyaslı istintaqa başlayıb.

Hazırda əsasən ermənilərdən ibarət mafiya qruplaşmasının digər üzvləri və cinayətlərinin aşkara çıxarılması üçün istintaqın davam etdiyi bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Fransa   Mafiya   Erməni  





Xəbər lenti