“Türkiyənin adını çəkməmişəm” - Conson yalan danışdı

 “Türkiyənin adını çəkməmişəm” -  Conson yalan danışdı
  19 Yanvar 2019    Oxunub:1834
Böyük Britaniyanın sabiq xarici işlər naziri, indi isə parlamentin üzvü olan Boris Conson “Brexit” referendumu ilə bağlı aparılan kampaniya zamanı Türkiyə ilə bağlı işlətdiyi ifadələri təkzib edib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Conson Staffordşirdə Britaniyanın Avropa İttifaqından çıxması ətrafında yaranan mürəkkəb vəziyyətlə bağlı çıxışında referendum kampaniyasında ümumiyyətlə Türkiyənin adını çəkmədiyini iddia edib.

Çıxışından sonra jurnalistlərdən biri Consona xatırladıb ki, 2016-cı ildəki “Brexit” referendumuna gedilən kampaniya zamanı o, 77 milyon türkün Britaniyaya köç edə biləcəyini söyləyib. Daha sonra isə jurnalist “Bu, sırf seçkiləri qazanmaq üçün hər şeyi söyləyə biləcəyinizin sübutudurmu?” – deyə, sual edib. Lakin Conson dediklərini inkar edərək bildiirb: “Referendumda Türkiyə ilə bağlı heç bir şey söyləməmişəm. Türkiyə haqqında bir söz belə deməmişdim. Son 20 ildəki çıxışlarımı izləyən hər kəs bilər ki, mən həmişə miqrantları müdafiə edən və dəstəkləyən düşərgədə yer alıram”

Onun bu yalanından hiddətlənən digər jurnalist isə “2016-cı ildə etdiyiniz açıqlamaları inkarmı edirsiniz?” deyəndə, Conson “heç bir şey söyləmədiyim üçün inkar da etmirəm. Türkiyə haqqında heç bir qiymətləndirmə aparmamışdım”, - deyə cavab verib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Türkiyə   Brexit   Britaniya  





Xəbər lenti