Sarkisyanın siyasətdən getmək fikri yoxdur

Sarkisyanın siyasətdən getmək fikri yoxdur
  19 Yanvar 2019    Oxunub:1874
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan aktiv siyasətdən getməyib və Respublikaçılar partiyası rəhbərliyinin dəyişdirilməsi məsələsi gündəlikdə yoxdur.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin sabiq sədr müavini, Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov jurnalistlərə açılamasında deyib.
O, Sarkisyanın partiya sədri kimi aktiv siyasətə qayıdıb-qayıtmayacağını soruşan jurnalistlərə cavabında bildirib: “Serj Sarkisyan bizim rəhbərimizdir. Biz onu partiyanın iclasında sədr seçmişik. Onu hələ görüləsi çoxlu işlər gözləyir. Sarkisyan siyasətdən getməyib ki, qayıtsın da. Əgər aktiv siyasət təkcə KİV-lərlə ünsiyyətdirsə, onda aşağı səviyyəli çoxsaylı xadimlər gərək indi BMT-nin baş katibi olardılar”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti