Rusiyada erməni milyonçunun evi qarət olundu

 Rusiyada erməni milyonçunun evi qarət olundu
  19 Yanvar 2019    Oxunub:2209
Rusiyanın Yeni Moskva ərazisində elit kotteclərdən ibarət qəsəbələrin salınmasilə məşğul olan erməni sahibkar Sergey Kazaryanın evi qarət olunub.

Azvision.az “REN TV”yə istinadən xəbər verir ki, oğrular meşə tərəfdən evə yaxınlaşıblar və pəncərəni qıraraq içəri daxil olublar.
Məlumata görə, cinayətkarlar erməni sahibkarın evindən zinət əşyalarının saxlanıldığı 2 seyfi və 1,5 milyon rubl (təqribən 23 min ABŞ dolları) pul oğurlayıblar. Evi tərk edərkən isə sonradan ələ keçməmələri üçün video-müşahidə kameralarının yazdığı görüntüləri də özləri ilə aparıblar.

Qeyd olunub ki, zərərçəkmiş erməni milyonçu Kazaryan qarət zamanı Dubayda olub. Onun Rusiyaya qayıtdından sonra istintaq prosesinə oğurlanmış əmlakının dəqiq məbləği barədə xəbər verəcəyi gözlənilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Moskva   Dubay   Rusiya  





Xəbər lenti